Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki Misli Premyer Liqasının XXII turunda "Kəpəz"lə oyunda "Turan Tovuz" azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 1600 manat cərimələnib.
Bundan əlavə, “Kəpəz” klubunun futbolçusu Orxan Sadıxlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 1600 manat cərimə edilib.
Qeyd edək ki, qarşılaşma "Turan Tovuz"un 2:0 hesablı qələbəsi ilə bitib.