Türkiyədə baş verən güclü zəlzələnin qurbanlarına yardım etmək üçün müğənni Tarkan növbəti dəfə ianə edib.
"Unikal" xəbər verir ki, sənətçi bu dəfə "Ahbap"ın yardım kampaniyası çərçivəsində 1 milyon lirəlik növbəti yardımını bağışlayıb.
Qeyd edək ki, Tarkan daha əvvəl "AFAD"ın hesabına zəlzələdən zərərçəkənlər üçün 1 milyon lirəlik yardım edib.