"Tv8" kanalında yayımlanan "Sıfırıncı gün" serialı final qərarı alıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 6-cı bölümü ilə fevralın 25-də izləyicilərinə vida edəcək.

Qeyd edək ki, daha əvvəl serialın reytinqlərdə uğursuz nəticə əldə etdiyi üçün yayım günü dəyişdirilmişdi. "Sıfırıncı gün"ün baş rollarını Engin Öztürk, Aybüke Pusat, Damla Colbay, Sarp Akkaya, Yiğit Özşener paylaşır.