"Qayınana" filmindəki qayınana indi az olar. Elə xasiyyətdə nənələrimiz olub, nə edək".
"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal "O üz" verilişində deyib. Aktyor gəlinləri tənqid edib:
"İndiki gəlinlər də müsibətdir. İndikilərə söz demək olmur. Onlar qayınana ilə yaşamaq istəmirlər. Necə olur həyat yoldaşını öpürsən, amma anası ilə yaşamaq istəmirsən? Bununla bağlı film çəkilməlidir".