Argentina yığmasının hücumçusu Lionel Messi Fransa çempionu PSJ ilə müqaviləsini uzatmamaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat dərc edib.
Paris klubu 35 yaşlı futbolçunun bütün şərtlərini yerinə yetirməyə hazır deyil. Messinin hazırkı müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.
Məlumata görə, Messiyə Amerika MLS və Səudiyyə Ərəbistanı klublarından maliyyə baxımından cəlbedici təkliflər var.
Ağarza Elçinoğlu