Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub.

"Unikal" xəbər verir ki, mərhum Yasamaladakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

*** 14:50

Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi başa çatıb.

"Unikal" xəbər verir ki, mərhumun vaxtilə yaşadığı evdə keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, R.Novruzun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Aktyorun cənazəsi alqışlar sədaları altında yola salınıb.

Hazırda mərhumun cənazəsi dəfn olunmaq üçün Yasamaladakı "Qurd qapısı" qəbiristanlığına aparılır.

*** 11:30

Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak edirlər.

Fotolar: Ayxan Məlikov