"Hatayspor"un idman direktoru Taner Savut zəlzələdə dağıntılar altında qalaraq həyatını itirib.
"Unikal" xəbər verir ki, Rönesans Residence binasının dağıntıları altında qalan Savutun meyiti 14 gündən sonra çıxarılıb. Onun meyitinin tanınması üçün qardaşından DNT nümunəsi götürülüb.
"Hatayspor" klubdan verilən açıqlamada, "Başsağlığımızı bildiririk. İdman Direktorumuz Taner Savutun itkisinə görə dərindən kədərlənirik. Allah müəllimimizə rəhmət eləsin, ailəsinə və azarkeşlərinə başsağlığı veririk. Sizi unutmayacağıq, Taner müəllim", - qeyd olunub.
Gülayə Mecid