Qızı Dilan Çıtak Tatlısəsdən sonra məşhur sənətçi İbrahim Tatlısəs də evlərini zəlzələ qurbanlarına verib.
"Unikal" xəbər verir ki, o, "Evim sənin evin" kampaniyasına qoşularaq Bodrumda 5 mənzilini zəlzələdən zərərçəkən insanların ixtiyarına verib.
Bu barədə sosial media hesabından paylaşım edən Tatlısəs, " "Evim sənin evin" kampaniyasına qatıldım. İndi yaraları sağaltmaq vaxtıdır. Bodrumda 5 mənzilimi zəlzələ qurbanlarına açdım. İmkanınız varsa, siz də açın" , - deyib.