Acun Ilıcalının prodüseri və aparıcısı olduğu "Survivor 2023" yarışmasında iştirakçıları ötən gün Türkiyədə baş verən zəlzələ fəlakətindən xəbər tutublar.
"Unikal" xəbər verir ki, Acun Ilıcalı çəkilişlərin dayandırıldığını açıqlasa da, yarışmaçılardan 6-nın "Survivor"dan ayrıldığı iddia edilib. Bundan sonra "Survivor"un davam edib-etməyəcəyi maraq mövzusuna çevrilib.
Hətta yarışmanın erkən final edəcəyi iddia edilib.