Müğənni Gülben Ergen Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın "20 min suriyalı öz ölkələrinə qayıtdı" açıqlamasına reaksiya verib.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, sənətçi suriyalıların öz ölkələrinə qayıtması lazım olduğunu vurğulayıb.
"Allah yollarını açıq, aqibətlərini gözəl etsin. Ölkəmiz atəş yeridir, özümüz-özümüzə bəs edirik. Gəlin qapılarımızı bağlayaq. Öz yaralarımızı sağaldaq".