Rusiyanın Əməkdar artisti, teatr və kino aktyoru Boris Çunayev vəfat edib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, 85 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Boris Çunayev “Lenkom” Teatrının aparıcı aktyoru olub. O, "Qağayı", "Oliqarx", "Detektiv Dubrovskinin dosyesi", "Xatirə duası", "Son gün", "Əjdahanı öldür", "Köhnə silahın balladası" kimi məşhur filmlərdə də rol alıb.