Aparıcı Turan İbrahimov "Space TV"dən ayrılıb. 

"Unikal" xəbər verir ki, o, bu  barədə  sosial şəbəkə hesabında açıqlama yayıb. 

"İki həftə əvvəl verdiyimiz qərardı: "Space TV"dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verilişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla yeni komandaya uğurlar arzulayıram", - deyə, Turan bildirib.