Dünyaca məşhur müğənni Şakiranın keçmiş həyat yoldaşı Jerar Pikenin anası tərəfindən zorakılığa məruz qaldığı ortaya çıxıb.
"Unikal" xəbər verir ki, 12 illik həyat yoldaşına xəyanət edən Pikenin anası Montserrat Bernabeunun gəlini Şakiranı təhqir etdiyi əks olunan videolar yayımlanıb.
Sözügedən görüntülərdə Montserrat Bernabeu Şakiranın çənəsini bərk-bərk tutduğu görünür.
Bu görüntülərdən sonra minlərlə insan Jerar Pike və anasına sərt reaksiya verib.