"Yalı çapkını" serialı ilə gündəmdə olan aktrisa Afra Saraçoğlu ilə 4 illik sevgi münasibətinə son qoyan Mert Yazıcıoğlu yeni eşqə yelkən açıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun həmkarı Dilan Çiçək Dənizlə sevgili olduğu iddia edilib.
Bildirilir ki, cütlük İstanbulun Zekeriyaköy kəndində bir məkanda əl-ələ ikən görüntüləniblər. Artıq bir həftədir birlikdə görünən ikilinin bir-birini tanımağa çalışdığı bildirilir.
Qeyd edək ki, Dilan Çiçek Deniz islandiyalı nişanlısı Thor Saevarssonla evliliyə hazırlaşarkən ayrılıb.