Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyəyə bu ölkənin ərazisində olan və onun təhlükəsizliyinə təhlükə yarada biləcəyi iddia edilən rusların siyahısını göndərib. Nəticədə Türkiyədə yaşamaq icazəsi olan 4 "qanuni oğru" deportasiya həbsxanasına göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, son iki həftə ərzində Antalyada Hüseyn Əhmədov (Hüseyn Slepoy), Vladimir Jurakovski (Vova Puxlı), Otari Totoçiya (Batya), Elqudja Turkadze (Qudja) adlı "qanuni oğrular" saxlanılıb. Onlar barəsində cinayət işi başlanılıb. İstintaq davam edir.
Qeyd edək ki, saxlanılan şəxslərin mərhum "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") yaxın adamları olduğu bildirilir.
Gülayə Mecid