Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli mütəxəssis Frank Hoogerbeets yeni müraciət ünvanlayıb.
"Unikal" xəbər verir ki, Hoogerbeets müraciətində mart ayının ilk həftəsinə diqqət çəkib.
Belə ki, sözügedən dövrdə Yer, Merkuri və Saturn planetlərinin yaxınlaşacağını söyləyən Hoogerbeets, bunun böyük zəlzələlərə səbəb ola biləcəyini vurğulayıb.
"Martın ilk həftəsi çox kritikdir. Biz kritik planet həndəsəsinin yaxınlaşmasını görürük. Bu çox vacib olacaq. Ayın 2-də 9 saat sonra Yerin də daxil olduğu planetar yaxınlaşma baş verəcək. Bu Yer, Merkuri və Saturndur. Nəticədə, ayın 3-ü və ya 4-ü planetimiz ətrafında böyük seysmik hadisə baş verə bilər. Bu, martın 6-dan 7-nə qədər davam edə bilər. Həmçinin, 7 və ya 8 bal gücündə güclü zəlzələlər ola bilər. Mən qorxu yaratmağa çalışmıram. Bu xəbərdarlıqdır. Çünki kritik planet həndəsəsinin seysmik hadisələrə səbəb olduğu bilinir".
Gülayə Mecid