Türkiyəli məşhur aktyor Buğra Gülsoyla Nilüfer Gürbüz 5 illik evliliklərini bitirmək qərarına gəliblər.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, cütlük yaxın zamanda anlaşmalı boşanma ilə məhkəməyə müraciət edəcək.
Cütlüyün fikir ayrılıqlarına görə ayrıldıqları və oğulları Cem üçün dost olaraq görüşməyə davam edəcəkləri bildirilib.
Qeyd edək ki, məşhurlar 2018-ci ildə ailə həyatı qurub.