Hərbi Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilir.

"Unikal" xəbər verir ki, bu barədə onun arvadı N.Hüseynova videomüraciət yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Hərbi prokurorluq əməkdaşının həyat yoldaşının mediada yayılmış videomüraciəti ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılır.