Bakıda vəkil Şahin Rəhimovun "Mercedes Galendewagen" markalı avtomobilinin 10-RE-999 dövlət qeydiyyat nişanı oğurlanıb.

Şahin Rəhimov "Unikal"a açıqlamasında bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Şamil Əzizbəyov küçəsində baş verib:

"Avtomobilim nasaz olduğu üçün bir neçə gün orada saxlamışdım. Maşını sürmək üçün ora yaxınlaşanda gördüm ki, avtomobilin arxa nömrəsini açıblar və alın şüşəyə nömrə yazıb qoyublar. Nömrə Rusiya Federasiyasına məxsus idi. Həmin nömrə ilə "WhatsApp" vasitəsilə əlaqə saxladım. Məndən 1000 dollar pul istədi, sonra isə 1000 manata razılaşdıq. 

O, nömrəni taksi sürücüsü ilə göndərdi. Taksi sürücüsü əməliyyatçılar tərəfindən saxlanıldı, daha sonra isə sərbəst buraxıldı. Beləliklə, mən nömrəni götürdüm və pul ödəmədim. 

Hazırda bu əməli törədən şəxslərin kimliyinin müəyyən olunması ilə bağlı araşdırma aparılır", - deyə o qeyd edib.

Murad İbrahimli