"Barselona"nın müdafiəçisi Ronald Arauxo 1 oyunluq cəzalanıb.

"Unikal" xəbər verir ki, komandasının "Valensiya"ya 1:0 hesabı ilə qalib gəldiyi matçda qırmızı vərəqə alan R.Arauxoya bir oyunluq cəza verilib.

24 yaşlı futbolçu La Liqanın 25-ci turundakı "Atletik"lə görüşü buraxacaq. O, martın 19-da "Real" ilə keçiriləcək "El-Klassiko"da iştirak edə biləcək.