“Ağsu Siti" idman klubunun direktoru Rəmzi Eminli barəsində cinayət işi başlanıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, klub drektorunun yalan vəd verərək özgənin pulunu ələ keçirdiyi iddia olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə toplanmış matreallar baxılması üçün məhkəməyə göndərilib. Qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata yaxın saatlarda baxılacaq.