Aktrisa və model Denise Russo 44 yaşında vəfat edib
"Unikal" xəbər verir ki, aktrisanın cəsədi dostunun mənzilində aşkarlanıb. Bir müddətdir evsiz qalan və avtomobildə yaşayan aktrisanın ölümü ilə bağlı araşdırma aparılır.

San-Dieqo tibbi ekspertiza mərkəzindən bildirilib ki, Russonun ölümünə həddindən artıq dozada narkotik qəbulu ola bilər.

Qeyd edək ki, aktrisa "The X-Life" realiti-şousu sayəsində tanınıb.