Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 1969-cü il təvəllüdlü Camal Məmmədov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub.
O aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.