Türkiyənin Konya vilayətində iki qrup arasında silahlı atışma baş verib.
"Unikal" xəbər verir ki, Meram səmtinin Şükran məhəlləsində qeydə alınan hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralılardan ikisinin münaqişə ilə əlaqəsi olmayıb.
Məlumata görə, Melih E. və dostu Mert E. ayaqqabı satan Onur Y.-nin iş yerinə gələrək tapança ilə atəş açıblar. Onur Y. və yanında olan 2 nəfər də sözügedən şəxslərə silahla cavab verib.
Yaralılar Konya Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb, polis hadisə yerindən qaçan şəxsləri axtarır.
Ağarza Elçinoğlu
Türkiyənin #Konya vilayətində iki qrup arasında silahlı atışma baş verib.
— Unikal Media Group (@UnikalOrgPortal) March 15, 2023
Hadisə nəticəsində 3 nəfər yaralanıb. pic.twitter.com/bwrBYJ37GI