Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı münasibətilə şənlik keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin Mühəndislik korpusunun həyətində fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları guşələrlə tanış olub, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəsissəsinin professor-müəllim, tələbə və texniki heyətini Novruz bayramı münasibətilə təbrik edib. Baharın yurdumuza xoşbəxtlik, bolluq və firəvanlıq gətirməsini diləyib.

Sonra Novruz tonqalı yandırılıb, Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.