"Azərbaycan hakimiyyəti ilə Qarabağın erməni əhalisinin nümayəndələri arasında birbaşa təmasların alternativi yoxdur"
"Unikal" xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
“Bakının və Qarabağın erməni əhalisinin nümayəndələri arasında birbaşa və görünən müzakirələrin başlanması düzgün istiqamətdə atılan addımdır və alqışlanmalıdır. Fərqlərin aradan qaldırılmasına gəldikdə, birbaşa təmasların alternativi yoxdur, bu, yalnız bütün müvafiq maraqlı tərəflər arasında danışıqlar yolu ilə baş verməlidir”, - avropalı diplomat qeyd edib.
Klaar vurğulayıb ki, dialoq qarşıdurmanı qızışdırmağa deyil, etimadın yaradılmasına yönəlməlidir.
“Biz bütün maraqlı tərəfləri mənfi ritorikadan çəkinməyə və bütün tərəflərin qanuni narahatlıqlarını aradan qaldıracaq kompromis həll yollarının tapılmasına diqqət yetirməyə çağırırıq”, - Aİ-nin xüsusi nümayəndəsi bildirib.
KİV-in məlumatına görə, Toivo Klaar həmçinin atəşkəs rejiminin pozulması ilə bağlı narahatlığını ifadə edib.