Volodimir Zelenski üç hərbi administrasiyanın rəhbərini vəzifəsindən azad edib.
"Unikal" xəbər verir ki, söhbət Odessa, Xmelnitski və Kiyevin nəzarətində olan Luqansk vilayət administrasiyalarının qubernatorlarından gedir.
Ukrayna prezidentinin imzaladığı sərəncamda deyildiyi kimi, onlardan ikisi öz istəkləri ilə tutduqları vəzifədən getmək qərarına gəliblər.
Bir gün əvvəl hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib ki, Nazirlər Kabineti yuxarıda adı çəkilən regionların rəhbərlərinin vəzifədən azad edilməsi ilə bağlı razılığa gəlib.