Rusiyanın Kemerovo şəhərində yerləşən yataqxanada yanğın baş verib.
"Unikal" Rusiya FHN-ə istinadən xəbər verir ki, Oktyabrski prospektində qeydə alınan hadisədə yeddi yaşlı uşaq ölüb.
Məlumata görə, yanğın səhər saatlarında binanın 5-ci mərtəbəsində başlayıb. Uşaq yanan otaqdan çıxarılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Yanğın yerində 6 texnika və 20 canlı qüvvə cəlb edilib. Yanğının başvermə səbəbləri araşdırılır.
Ağarza Elçinoğlu