Yaponiya martın 16-da Tayvan və mübahisəli Senkaku adaları yaxınlığında yerləşən İşigaki adasına zenit və gəmi əleyhinə raket bölmələri də daxil olmaqla Quru Özünümüdafiə Qüvvələrindən 570-ə qədər əsgər yerləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə "Japan Times" agentliyi məlumat yayıb.
Məlumata görə, ordu Çinin yaxınlıqdakı sularda hərbi əməliyyatlarının intensivləşməsinə cavab olaraq həyata adaya yeridilib. Qeyd olunur ki, Çin gəmiləri dəfələrlə yaşayış olmayan adalar ətrafında Yaponiyanın ərazi sularına daxil olub.
Ağarza Elçinoğlu