Fransa prezidenti Emmanuel Makron pensiya islahatı layihəsi üçün kçeiriləcək səsvermənin uğursuz olacağı təqdirdə Fransa Parlamentini (parlamentin aşağı palatası) buraxmaqla hədələyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Yelisey sarayında görüş keçirilib.
Makron martın 15-i axşam saatlarında Baş nazir Elizabet Born və islahatla bağlı bir sıra nazirlərlə görüşüb. Pensiya islahatı Fransa prezidentinin əsas ideyalarından biridir.
İslahat kişilər və qadınlar üçün rəsmi pensiya yaşının 2030-cu ilə qədər tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Bu artım 1961-ci ilin sentyabrında və sonra doğulan fransızlara təsir edəcək.
Qeyd edək ki, sözügedən islahat bir neçə gündür ki, kütləvi etiraz və tətillərə səbəb olub.
Ağarza Elçinoğlu