ATMU tələbələri Baş Menecerlərlə görüşmək şansı qazanıblar Azərbaycan Hotel Assosiasiyası (AHA) növbəti «Future Hospitality Leaders» tədbirini Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  təşkil edib.

"Unikal" xəbər verir ki, AHA və ATMU-nun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə universitet tələbələrinin qonaqpərvərlik barədə ümumi biliklərinin daha da dərinləşdirmiləsi nəzərdə tutulub.
Tədbirdə çıxış edən Hilton Baku hotelinin baş meneceri Aykut Korkmaz, Courtyard by Marriott Baku hotelinin baş meneceri Eldar Əlimuradov, Fairmont Baku, Flame Towers hotelinin baş meneceri George Ganchev və PMD Hospitality şirkətinin Əməliyyatlar üzrə Baş Direktoru Georges Ubbelohde  uğurlu karyeraqurma yollarından danışıblar. 

Sual-cavab sessiyasından sonra keçirilən müsabiqənin qalibi olan 7 tələbə  Baş Menecerlərlə təkbətək görüşmək şansı qazanıb. 

Tədbir AHA-nın icraçı direktoru Günay Sağlam və ATMU tələbəsinin moderatorluğu ilə davam edib.