İngiltərənin Midhurst şəhərində ukraynalı qaçqınların yaşadığı Angel Inn hotelində güclü yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, binadan 30 nəfər təxliyə edilib. 

Hadisənin digər təfərrüatları, o cümlədən yanğının səbəbləri barədə məlumat verilməyib.

Qeyd olunub ki, hotel binasının 400 yaşı var imiş. 

Ağarza Elçinoğlu