Martın 27-si və 31-i bir sıra vergi bəyannamələrinin təqdim edilməsi üçün son gündür.
"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş adamlarına etdiyi xəbərdarlıqda bildirilir.
Qurum bəyan edib ki, martın 27-nə qədər uduşlardan əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi, aksiz, yol vergisi, mədən vergisi, daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi, pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə sadələşdirilmiş vergi, martın 31-nə qədər isə gəlir, mənfəət və əmlak vergisi üzrə bəyannamələr təqdim edilməlidir.
Vergi hesabatının vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilir.