Şabranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

"Unikal" xəbər verir ki, qəza rayonun Ağalıq kəndi ərazisində baş verib.

“KamAZ” markalı yük avtomobili qarşıdan gələn TIR-la toqquşub. İlkin məlumata görə, hər iki avtomobilin sürücüsü ölüb. “KamAZ”da olan sərnişin xəsarət alıb.

20:09

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, iki yük avtomobili toqquşub.

Hadisə Quba-Gəndob-Yalama yolunun 8-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində "KamAZ"ın sürücüsü dünyasını dəyişib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.