Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, görüşdə Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı inkişaflar müzakirə edilib.
Ərdoğan görüşdə Finlandiyanın bu prosesdə tutduğu rəftarla İsveçdən müsbət şəkildə fərqləndiyini bildirib, Finlandiyanın NATO-ya üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisində təsdiqi prosesinə başlamağı qərara aldıqlarını qeyd edib.
Türkiyə lideri İsveçlə danışıqları yaxşı niyyətlə davam etdirmək əzmində olduqlarını, prosesin necə gedəcəyinin İsveçin atacağı konkret addımlarla birbaşa bağlı olacağını söyləyib.