Vidadi İsgəndərli ilə Qənimət Zahid ağızlaşdı
16:56 14-03-2013
CƏMİYYƏT
“Prezidentliyə namizədliyimi açıqladıqdan sonra əqidə dostu saydıqlarımdan heç biri mənə zəng etmədi”
“Təəssüf ki, dostlarımın və əqidə yoldaşlarımın bəziləri bu məsələyə həddindən artıq həssaslıqla yanaşır.
Mən buna mağara, tayfa-partiya psixologiyası deyərdim. Prezidentliyə namizədliyimi verməyimlə bağlı niyyətimi açıqlayanda əqidə dostu saydıqlarımdan bir nəfəri belə mənə zəng etmədi və ya mövqeyini bildirmədi. Vəziyyətin belə olduğunu gördükdə dostlarıma zəng etməyə başladım və reaksiya verməmələrinin səbəbləri ilə maraqlandım. İsa Qəmbər öz fikrini bildirdi və məni təbrik etdi. İctimai Palatanın Koordinasiya Şurasında təmsil olunan digər dostlarıma zəng etdikdə, onlardan biri artıq hər ikimizin mövqeyinə yaraşmayan şəkildə özünü apardı”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın üzvü, hüquq müdafiəçisi Vidadi İsgəndərli deyib.
V. İsgəndərli ittiham ünvanı olan siyasətçinin adını açıqlamaqdan çəkinib: “Onsuz da “Facebook”dakı statusumdan sonra “müharibə” başlayıb. Bu məsələnin şişirdilməsinin tərəfdarı deyildim. Sadəcə olaraq, həmin şəxsin hərəkəti mənə çox pis təsir etdi. Bu fikrimə görə Azadlıq” qəzetinin keçmiş baş redaktoru Qənimət Zahid “Facebook”dakı profilində mənə qarşı açıqlama yazıb. Yəni mən deyəcəyəm, o cavab verəcək və ya əksinə, mübahisələr olacaq. Bundan heç kim udmayacaq”.
V. İsgəndərli qeyd edib ki, onun üçün ölkə başçısının kim olması önəmli deyil: “İlham Əliyev, İsa Qəmbər, Əli Kərimli və digərlərinin olması əhəmiyyətli deyil. Mənim üçün önəmli olan prezidentin demokratik şəkildə seçilməsidir. Səmimi deyirəm. Azərbaycan siyasi arenasında sevmədiyim şəxs YAP icra katibinin müavini Siyavuş Novruzovdur. Amma Siyavuş Novruzov belə demokratik seçkilərdə qalib gələrsə və demokratik dəyərlər üçün mübarizə apararsa, onun da yanında olaram. Mənim fikrim tam aydındır”.
V. İsgəndərli səhhətində problemin olduğunu və yaxın vaxtlarda beynəlxalq hüquq-müdafiə təşkilatlarının dəstəyi ilə xarici ölkələrin birində müalicə olunması üçün müraciət edildiyini də deyib.
Qənimət Zahid isə APA-ya açıqlamasında V. İsgəndərlinin mövqeyinin qəbuledilən olmadığını söyləyib: “”Azadlıq” qəzetinin Vidadi İsgəndərov adlı valideyni yoxdur. Amma Vidadi İsgəndərov kimi minlərlə mənəvi yetirməsi var. Təəssüf edirəm ki, Vidadi İsgəndərov əndazəsini aşaraq özünə qarşı bu sayaq hörmətsizlik edib”.
Xatırladaq ki, V. İsgəndərli “Facebook” səhifəsində belə bir status yazıb: “Prezidentliyə namizədliyimlə bağlı bütün müstəqil KİV məndən müsahibə aldı, balam kimi doğma “Azadlıq” qəzetindən başqa. Maraqlandım, dedilər gərək o, icazə verə. Budurmu demokratiya? Bu gündən mənəvi balam olan “Azadlıq” qəzetini də sənə görə itirdim”.
Q. Zahid isə bu statusa kəskin reaksiya verib: “Ya Vidadi İsgəndərlinin profilini əlindən alıblar, ya da ağlını. Profili əlindən alınıbsa, o halda oğurluqdu, vəssalam. Əgər "Azadlıq" qəzeti haqqında “mənim mənəvi balam” ifadəsini işlədən Vidadi İsgəndərlinin ta kəndisidirsə, o zaman bu kobud səhvi aradan qaldırmaq onun mənəvi borcudur. Qurtarın bu meymunluğu, hörmətli bəylər! Hərəniz gedib bir-iki il “srok” yatıb Allahlıq iddiasına düşmək kimi yaramaz xasiyyətlərinizə son qoyun. Özünüz ciddi adam ola bilmirsiniz, cəhənnəm, başqalarına pis nümunə olmayın!”
Digər Xəbərlər
2024-10-31 22:45:52
2024-10-31 21:29:55
2024-10-31 19:54:39
2024-10-31 19:30:56
2024-10-31 19:07:34
2024-10-31 19:05:00
2024-10-31 18:29:37
2024-10-31 18:16:27
2024-10-31 17:37:34
2024-10-31 17:21:00
2024-10-31 16:11:00
2024-10-31 15:25:00
2024-10-31 15:05:00
2024-10-31 14:52:28
2024-10-31 14:33:20
2024-10-31 14:27:27
2024-10-31 14:24:00
2024-10-31 14:20:51
2024-10-31 14:13:00