Gəncədə 58 yaşlı qadını maşın vurub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərdə yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb. 1965-ci il təvəllüdlü Nazirə Xezari yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub.
Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir. Qadın toydan çıxarkən onu avtomobil vurub.
Faktla bağlı araşdırma aparılır.