Bakıda avtomobildən 10 min manat pul oğurlanıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 10 000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ələsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.