Türkiyədəki dağıdıcı zəlzələdə həyatını itirən uşaqların sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Derya Yanık, zəlzələdə dağıntı və can itkisinin yaşandığı Malatyaya səfəri zamanı təbii fəlakətdə 411 uşağın həyatını itirdiyini, şəxsiyyəti məlum olmayan uşaqların sayının isə 42 olduğunu açıqlayıb.
"Nazirlik olaraq sistemimizdə 1915 müşayətsiz uşaq qeydiyyata alınıb. Onlardan 1718-ni ailələrinə təhvil vermişik. Hazırda xəstəxanada nəzarətdə olan uşaqların sayı 110-dur. Təəssüf ki, iki uşağımız xəstəxanada müalicə olunarkən həyatını itirdi. Hazırda mövcud müəssisənin himayəsində olan, şəxsiyyəti hələlik müəyyən edilməmiş uşaqların sayı 42-dir. İnşallah o uşaqların kimliyini müəyyənləşdirəcəyik və ailələri varsa, onlara çatmasa, müəssisələrimizdə qayğılarını davam etdirəcəyik.Təəssüf ki, bunlardan başqa 411 uşağımız dünyasını dəyişdi.Biz onların məlumatlarının bir qismini ailələrinə çatdıraraq prosesi davam etdiririk."