Aİ sammitinin iştirakçısı olan ölkələr martın 23-də və 24-də keçiriləcək iclasda Aİ-nin hərbi istehsal imkanlarının genişləndirilməsi və yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi tədarükü planına baxacaqlar.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında dərc edilmiş Avropa Şurasının rəhbəri Şarl Mişelin məktubunda deyilir .
“Fevraldakı son görüşümüzdən bəri biz Ukraynaya silah-sursat istehsalı və tədarükümüzün təcili artırılması üzərində işləyirik. Məqsədimiz Kiyevi 12 ay ərzində 1 milyon mərmi ilə təmin etmək və onu adekvat maliyyə ilə təmin etməkdir”.
Mişel qeyd edib ki, Aİ ölkələri müdafiə sektorunda sənayenin istehsal potensialının genişləndirilməsi üçün tədbirlər görməlidir.
O, həmçinin əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski sammitdən əvvəl Aİ ölkələrinin başçıları qarşısında onlayn danışacaq .
Martın 20-də Aİ-nin xarici xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Aİ ölkələri yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi ötürülməsi üçün üç mərhələli planı təsdiqləyib və bunun üçün 2 milyard avro ayrılacaq.