Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıb.
"Unikal" xəbər verir ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsindəki evlərdən birində bədən səthində xəsarət olmayan, təxminən 35-40 yaşlarında, tanınmaz halda skeletləşmiş qadın cinsli meyit aşkar olunub.
İlkin araşdırmalara görə, meyit əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olmuş 1984-cü il təvəllüdlü Allahverdiyeva Şəhla Hüseyn qızına məxsusdur.