Dünya birjalarında neftin qiyməti ticarət məlumatlarına görə ucuzlaşır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, investorlar ABŞ-da ehtiyatlar və xammal istehsalı ilə bağlı həftəlik statistikanı, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrini qiymətləndirirlər.
Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,82% ucuzlaşaraq bir bareli 76,06 dollar, WTI markalı neftin may fyuçerslərinin qiyməti 1,03% azalaraq 70,17 dollar olub.