Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
02:41 06-04-2012
CƏMİYYƏT
Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq çıxış edib. O bildirib ki, ABŞ Azərbaycanın sülhsevər, çiçəklənən, müstəqil və demokratik dövlət kimi inkişafını davam etdirməsini dəstəkləyib, bundan sonra da dəstəkləmək üçün əlindən gələni edəcək: "Azərbaycan istər bu önəmli bölgədə, istərsə də dünyada ABŞ-ın güclü tərəfdaşıdır".
A. Sterlinq qeyd edib ki, iki ölkə arasında əlaqələr təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar sahəsində ortaq maraqlara əsaslanır: "Azərbaycan beynəlxalq təhlükəsizlik və terrorla mübarizə sahəsində önəmli rol oynayır".
Təhlükəsizlik məsələləri barədə danışan diplomat "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli nizamlanmasında ortaq sabitliyimizdən daha önəmli heç nə ola bilməz", - deyə bildirib.
Müvəqqəti işlər vəkili onu da deyib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi danışıqlar yolu ilə uzun müddətli nizamlanmaya nail olmaq üçün tərəflərlə sıx əməkdaşlığı davam etdirir.
Qeyd edək ki, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, diplomatik korpus təmsilçiləri, habelə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da iştirak edir.
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35