Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, Mərkəzin direktoru vəzifəsinin icrası Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub.
Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin sabiq direktoru, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov bir neçə gün öncə vəzifəsindən azad edilib.
Murad İbrahimli