Polşa Ukraynaya tədarük etdiyi 2 milyard avro dəyərində silahların sənədlərini Avropa Birliyinə təhvil verib.
"Unikal" xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
“Biz 2 milyardlıq hesabatları təhvil verdik. Bu, Polşa üçün çox yaxşı xəbərdir. Polşa büdcəsi üçün çox yaxşı xəbərdir. Bu pulla biz ən müasir silahları ala biləcəyik”, - o deyib.
Polşa Ukrayna Silahlı Qüvvələrinə “MiQ-29” təyyarələri, “T-72” tankları və 14 ədəd “Leopard 2” tankı, artilleriya mərmiləri və digər döyüş sursatları, daşına bilən hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları verib.
Ölkə hakimiyyəti 2022-ci ildə Ukraynaya hərbi yardımın həcmini 2,2 milyard avro həcmində qiymətləndirib.