Polşa Hərbi Əks-Kəşfiyyat Xidməti Rusiya və Belarus xüsusi xidmət orqanlarında işləməkdə şübhəli bilinən iki nəfəri müəyyən edib. 

"Unikal" xəbər verir ki, bu  barədə Polşa hökuməti məlumat yayıb. 

Məlumata görə, martın 21-də Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən şəxslər saxlanılıb. Məhkəmənin qərarı ilə casuslar 3 ay müddətinə həbs edilib.