BMT Təhlükəsizlik Şurası “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatla bağlı beynəlxalq təhqiqatın aparılmasına dair qətnaməyə səs verib.
"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, sənədi Rusiya Çinlə birgə hazırlayıb. Onlardan əlavə, yalnız Braziliya qətnamənin qəbulunu dəstəkləyib, qalan ölkələr bitərəf qalıb və ABŞ milli araşdırmaların nəticələrini gözləməyə çağırıb.
Görüşün sonunda ABŞ və Rusiya diplomatları duelə giriblər və Təhlükəsizlik Şurasının digər üzvləri də bunu izləməyə məcbur olublar.