İranın İslam Respublikasının şimalında yerləşən Babol şəhərində (Mazandəran əyaləti) müəssisədə baş vermiş partlayış nəticəsində azı 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə axşamı IRNA agentliyi məlumat yayıb .

Onun sözlərinə görə, hadisə şəhərin şərq hissəsində baş verib. Partlayışa səbəb müəssisə işçilərinin təhlükəsizlik qaydalarına əməl etməməsi olub. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.

Partlayış nəticəsində yanğın baş verib və müəssisənin ərazisinin təxminən yarısını məhv edib. Hazırda yanğın lokallaşdırılıb, şəhərin digər sənaye obyektlərinə ziyan dəyməyib.