Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinlə danışıqlara hazır olduğunu bildirib.

"Unikal" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, tərəflər razılaşsa, görüş Ukraynada keçirilə bilər. 

"Biz onu burada görməyə hazırıq. Onunla danışmaq istəyirəm", - deyə Ukrayna rəhbəri vurğulayıb.

Zelenski qeyd edib ki, 2022-ci il ərzində Çin lideri ilə heç bir formada əlaqə saxlamayıb.

Ağarza Elçinoğlu