Respublika Perinatal Mərkəzində xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atılır.  

“Unikal” xəbər verir ki, son bir neçə ay ərzində tibb mərkəzinin fəaliyyətindəki müsbət məqamlar artmaqdadır. Belə ki, Mərkəzin sosial şəbəkə hesablarında pasiyentlərin və onların yaxınlarının müsbət rəyləri artıb. Onlar Respublika Perinatal Mərkəzində xidmət keyfiyyətinin yüksəldiyini, həkim və digər personalın pasiyentlərə lazımi səviyyədə diqqət göstərdiklərini bildirirlər.  

Diqqətçəkən məqamlardan biri də odur ki, bu günlərdə şəhid Rəşad Ağayevin anası Ruhiyyə xanım Mərkəzdə qız övladı dünyaya gətirib. O da mərkəzdəki yüksək xidmətdən və rəhbərliyin xüsusi diqqətindən razılığını ifadə edib.